İş adamı evinə girən oğrunu güllələdi

İş adamı evinə girən oğrunu güllələdi

Türkiyədə kayserili iş adamı İlker Horoz evinə girən oğrunu silahla virib.

Lent.az-ın “musavat.com”-a istinadən xəbərinə  görə, yaralı oğru xəstəxanaya yerləşdirilib. İş adamı isə polisə ifadə verdikdən sonra sərbəst buraxılıb.

“PAR” şirkətlər qrupu hissədarı olan İlker Horozun həyat yoldaşı Duyğu Horoz evdən səs gəldiyini eşidib, otaqları gəzməyə başlayıb. Bu zaman oğru ilə göz-gözə gələn qadının qışqırıq səsinə əri yetişib. İlker Horoz oğruya 3 dəfə atəş açıb. Diz qapağından yaralanan oğru yerə yıxılıb. Hadisə yerinə polis və təcili tibbi yardım işçiləri çağırılıb. Yaralı oğru xəstəxanaya aparılıb.

Oğrunun Konya həbsxanasından qaçdığı və bir çox cinayətdə iştirak etdiyi məlum olub. Araşdırmalar davam edir.

0
10