Vladimir Kliçko britaniyalı Entoni Coşua ilə döyüşəcək

Vladimir Kliçko britaniyalı Entoni Coşua ilə döyüşəcək

Ukrayna boksçusu Vladimir Kliçko və britaniyalı Entoni Coşua bu ilin dekabrında döyüş keçirmələri ilə bağlı razılığa gəliblər.

Oxu.Az xəbər verir ki, “Report” TASS agentliyinə istinadən məlumatına görə, bu barədə britaniyalının promouteri Eddi Hirn bildirib.

“Boksçular arasında razılığa gəlinib, döyüşün rəsmi anonsu yaxın vaxtlarda veriləcək”, - Hirn bildirib.

Qeyd edək ki, Kliçko peşəkar karyerasında keçirdiyi 68 döyüşdən 64-də qələbə qazanıb (53-ü nakautla) və 4 məğlubiyyət yaşayıb. Coşua isə hələ də peşəkar rinqdə məğlubiyyət görməyib – 17 qələbə, hamısı nakautla.

0
17