Dərbənddə antiterror əməliyyatı keçirilir

Dərbənddə antiterror əməliyyatı keçirilir

Dağıstanın Dərbənd şəhərində antiterror əməliyyatı rejimi tətbiq edilib.

APA-nın xəbərinə görə, bu barədə “RİA Novosti”yə Dağıstan üzrə Əməliyyat Qərargahından bildirilib.

“Əməliyyat Qərargahının rəhbərinin qərarı ilə 20.00-dan (Bakı vaxtı ilə 21.00-da) etibarən  Dağıstanın Dərbənd şəhərində antiterror əməliyyat rejimi tətbiq edilib”, - deyə məlumatda bildirilir.

Əməliyyat çərçivəsində silahlılar və onların tərəfdarlarının axtarışı həyata keçirilir.

0
12