Gürcüstanda parlament seçkilərinin ikinci turunun keçirilmə tarixi məlum olub

Gürcüstanda parlament seçkilərinin ikinci turunun keçirilmə tarixi məlum olub

Gürcüstanda parlament seçkilərinin ikinci turu oktyabrın 30-da 50 majoritar dairədə keçiriləcək.

Oxu.Az-ın məlumatına görə, APA-nın “Gürcüstan-Online” saytına istinadən verdiyi xəbərə görə, bu barədə MSK-nın mətbuat xidmətindən bildirilib.

Bir sıra seçki məntəqələrində təkrar səsvermə isə oktyabrın 22-də baş tutacaq. Belə ki, Marneulidə №36.22.48 nömrəli seçki məntəqəsində majoritar seçkilər, Zuqdidi isə üç seçki məntəqəsində majoritar və yerli seçkilər keçiriləcək.

0
12