Vyetnamda təbii fəlakət nəticəsində 21 nəfər ölüb

Vyetnamda təbii fəlakət nəticəsində 21 nəfər ölüb

Leysan yağışla müşahidə olunan tropik qasırğa Vyetnamda təbii fəlakət yol açıb.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, Vyetnamın mərkəzi əyalətlərində su basması nəticəsində ən azı 21 nəfər ölüb, 8 nəfər itkin düşüb.

Ölənlərin əksəriyyəti Kuanqbin əyalətinin sakinləridir. 7 ev dağılıb, 100 minlərlə ev, o cümlədən 1600 hektar çəltik sahəsi, 9 min hektar digər kənd təsərrüfatı sahələri su altında qalıb.

A.M.

0
18