Türkiyəni sarsıdan ikinci partlayış xəbəri

Türkiyəni sarsıdan ikinci partlayış xəbəri

Türkiyənin Hakkari vilayətində terrorçuların yola yerləşdirdiyi bombanın partlaması nəticəsində 1 əsgər şəhid olub.

Oxu.Az Anadolu agentliyinə istinadən xəbər verir ki, əl istehsalı olan partlayıcı Hakkari-Van avtomobil yolunda mina axtaran əsgərlər tərəfindən aşkarlanıb. Ətrafda təhlükəsizlik tədbirləri görülsə də, partlayıcının partladılması zamanı 1 əsgər həlak olub.

Bölgədə terrorçulara qarşı əməliyyata başlanılıb.

A.M.

0
9