Türkiyədə “canlı bomba” özünü partlatdı: 3 ölü, 8 yaralı

Türkiyədə “canlı bomba” özünü partlatdı: 3 ölü, 8 yaralı

Türkiyənin Qaziantep şəhərində İŞİD terrorçusunun üzərindəki partlayıcı qurğunu işə salması nəticəsində üç polis əməkdaşı şəhid olub.

Oxu.Az Milliyet-ə istinadən xəbər verir ki, terror aktı zamanı daha 8 nəfər yaralanıb. Onlardan dördünün suriyalı olduğu bildirilir.

Hüquq-mühafizə orqanlarının əməkdaşları regionda antiterror əməliyyatı keçirir. Bir yaralı terrorçu ələ keçirilib. Polis şəhərdə daha bir “canlı bomba”nı axtarır.

S.B.

0
9