Türkiyədə növbəti terror: canlı bomba özünü partlatdı

Türkiyədə növbəti terror: canlı bomba özünü partlatdı

Türkiyənin Qaziantep şəhərində İŞİD terrorçusunun üzərindəki partlayıcı qurğunu işə salması nəticəsində 3 polis şəhid olub.

APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, 4 suriyalı olmaqla 8 nəfər yaralanıb.

Bir terrorçu yaralı ələ keçirilib. Polis şəhərdə daha bir “canlı bomba”nı axtarır.

***

saat 14.37

Türkiyə polis Qaziantep şəhərində antiterror əməliyyatı keçirir.

APA-nın "СNN Türk" telekanalına istinadən verdiyi məlumata görə, polisə Qaziantep Universiteti qarşısındakı küçədə evlərdən birində “canlı bomba”ların olduğu barədə məlumat daxil olub.

Əməliyyat zamanı terrorçulardan biri üzərindəki partlayıcı qurğunu işə salıb. Nəticədə bir neçə polis əməkdaşı və mülki şəxs yaralanıb. İkinci canlı bomba polislə atəş açmaqda davam edir.

0
18