Səhiyyə naziri xəstəlikdən öldü

Səhiyyə naziri xəstəlikdən öldü

Litvanın 34 yaşlı səhiyyə naziri Yuras Pojela mədaəaltı vəzin iti iltihabı xəstəliyindən (pankreatit) vəfat edib.

Oxu.Az Virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə Litva parlamenti sədrinin müavini Alqirdas Sisas bildirib.

İnformasiyaya görə, Y.Pojela Vilnüsdə xəstəxanada ölüb. Onun avqust ayında xəstəxanaya yerləşdirildiyi və o vaxtdan müalicə aldığı bildirilir.

Məlumata görə, xəstə olmasına baxmayaraq, Y.Pojela bu il oktyabrın 9-da keçirilən parlament seçkisində Sosail –demokrat Partiyasının siyahısı ilə deputat seçilib.

Onu da qeyd edək ki, Y. Pojela bu ilin martında səhiyyə naziri təyin edilimişdi. Litva prezidenti Dalya Qribauskayte bildirib ki, Y. Pojelanın timsalında Litva gənc, perspektivli, gəncliyinə baxmayaraq, insanların etimadını qazanmış bir siyasətçini itirib.

S.B.

0
12