34 yaşlı nazir öldü - LİTVADA

34 yaşlı nazir öldü - LİTVADA

Ötən gecə Litvanın səhiyyə naziri Yuras Pojela 34 yaşında  vəfat edib.

APA-nın BNS agentliyinə istinadən verdiyi məlumata görə, bun bu gün Litva Sosial-Demokrat Partiyasının nümayəndəsi Alqirdas Sisas bildirib.

Y. Pojela Vilnüsdə xəstəxanada ölüb. Avqust ayında mədəaltı vəzin soyuqdəyməsi (pankreatit) xəstəliyi ilə xəstəxanaya yerləşdirilib və müalicəyə başlanılıb.

Qeyd edək ki, Y. Pojelabu ilin martında səhiyyə naziri təyin edilib. Litva prezidenti Dalya Qribauskayte bildirib ki, Y. Pojelanın timsalında Litva gənc, perspektivli, gəncliyinə baxmayaraq, insanların etimadını qazanmış bir siyasətçini itirib.

0
9