Baş məşqçi: “Belə oyunla özümüzə nifrət qazanacağıq”

Baş məşqçi: “Belə oyunla özümüzə nifrət qazanacağıq”

“Hər şey göz qabağındadı. “Qarabağ” oynamırdı, məşq edirdi. Tezliklə belə bərbad oyunu yaddan çıxarmalıyıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Samir Abasov deyib.

Topaz Premyer Liqasının VIII turunda səfərdə “Qarabağ”a uduzan (0:3) “kimyaçılar”ın çalışdırıcısı fikirlərini bölüşüb: “Qəbələ”ylə oyuna köklənməliyik. Bu komandaya ilk dövrədəki məğlubiyyətin əvəzini evdə çıxmalıyıq. Doğma azarkeşlərimizi sevindirməyə çalışacağıq. Belə oyunla özümüzə nifrət qazanacağıq. Demirəm ki, çıxıb “Qəbələ”ni məğlub edəcəyik, sadəcə, daha yaxşı oyun sərgiləməyə çalışacağıq”.

0
6