ABŞ-da atışma: 3 ölü, 12 yaralı

ABŞ-da atışma: 3 ölü, 12 yaralı

ABŞ-ın Los-Anceles şəhərində (Kaliforniya ştatı) şənlik zamanı baş verən atışma nəticəsində 3 nəfər ölüb, 12 nəfər ağır yaralanıb.

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, şəhər polis idarəsinin açıqlamasına əsasən, yaralanan şəxslərdən bəzilərinin vəziyyəti kritikdir.

“Yaşayış evində təşkil olunan şənlikdə mübahisə baş verib. Şübhəli hesab edilən şəxslər otağı tərk edib, lakin az sonra qayıdaraq, qonaqları gülləbaran ediblər”, - deyə polisdən bildirilib.  

Atışma barədə polisə məlumat yerli vaxtla 00.30-da (Bakı vaxtı ilə 11.30-da) daxil olub.

Hadisə ilə bağlı iki nəfər şübhəli şəxs qismində saxlanılıb.

0
10