“Qarabağ”ın rəqibi autsayderlər arasında

“Qarabağ”ın rəqibi autsayderlər arasında

Çexiya çempionatında X turun oyunları davam edir. Apasport.az saytının məlumatına görə, UEFA Avropa Liqasında “Qarabağ”ın rəqiblərindən olan “Slovan” da növbəti matçını keçirib.

Liberetslilər səfərdə “Dukla” ilə qarşılaşıblar. Görüş başladığı kimi – 0:0 hesabı ilə sona çatıb.

Qeyd edək ki, bu heç-heçədən sonra aktivində 9 xal olan “Slovan” 16 komanda arasında 14-cü yerdə qərarlaşıb. Onu, aşağı diviziona düşməkdən cəmi 1 pillə ayırır.

0
13