İraq və ABŞ Mosulda İŞİD-i bombalamağa başladı

İraq və ABŞ Mosulda İŞİD-i bombalamağa başladı

İraq və ABŞ hərbi qüvvələri İŞİD-in nəzarətində olan Mosul şəhərinin şərq hissəsinə intensiv artilleriya zərbələri endirməyə başlayıb.

APA-nın xəbərinə görə, bu barədə “Sputnik” agentliyinə İraqın təhlükəsizlik qüvvələrindəki mənbə bildirib.

Məlumata görə, zərbələr həlledici əməliyyata başlanmazdan öncə müəyyənləşdirilmiş hədəflərin məhv edilməsi məqsədi ilə endirilir. Mənbə əraziyə koalisiyaya məxsus gücləndirilmiş aviasiyanın cəlb olunduğunu da qeyd edib.  

0
9