“07” dərəyə aşdı: Ölən və yaralananlar var

“07” dərəyə aşdı: Ölən və yaralananlar var

Faktla bağlı araşdırma aparılır.

Bakı-Gəncə avtomobil yolunda avtomobil aşıb. 

Oxu.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə Goranboy rayonu ərazisində qeydə alınıb. 

“VAZ 2107” markalı avtomobilin aşması nəticəsində sərnişin 1993-cü il təvəllüdlü Zahidi Ayşən hadisə yerində ölüb. Sürücü və digər iki sərnişin isə müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardm xəstəxanasına yerləşdirilib.
 
Xəstəxanadan APA-ya verilən xəbərə görə, qəza nəticəsində xəsarət alanlar Gəncə şəhər sakinin 1994-cü il təvəllüdlü  Arzu Musayev, 1996-cı il təvəllüdlü Əliyeva Ülviyyə və 1985-ci  il təvəllüdlü  Ələsgər Məmmədovdur.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

0
36