Deputatlığa namizədlər narkoloji testdən keçəcəklər

Deputatlığa namizədlər narkoloji testdən keçəcəklər

Gürcüstanda deputatlığa namizədlər narkoloji yoxlanış testindən keçəcəklər. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) internet saytında dərc olunmuş məlumatda bildirilir.

MSK qeyd edib ki, deputatların narkoloji testdən keçirən və nəticələrini MSK-ya təqdim edən klinikaların əvvəlcədən seçki komissiyası tərəfindən verilən müəyyən icazəsi olmalıdır: “Əgər namizəd narkoloji test yoxlanışından keçməsə və bu yoxlanışdan imtina etsə, onun deputat səlahiyyətləri tanınmayacaq. Həqiqi narkoloji yoxlanış hələ seçilməyən mojaritar namizədlərə də aiddir. Onlar seçkilərdən 7 gün sonra yoxlanış prosedurunu keçməlidirlər. Beləliklə, hazırkı mərhələdə “Gürcü Arzusu”ndan   67, “Vahid Milli Hərəkat” partiyasından 27 və “Gürcüstan Vətənpərvərlər İttifaqı”ndan 6  namizəddən narkoloji yoxlanışından keçmək tələb olunacaq”, - deyə MSK-dan bildirilib.

Xatırladaq ki, Gürcüstan parlamentinə 150 deputat seçiləcək. MSK-nın ilkin məlumatına görə, proporsional siyahı üzrə parlamentə keçən 77 deputatlığa namizəd və 20 mojaritar deputat narkoloji test yoxlanışından keçəcək.  

0
14