Azərbaycan cüdoçusu Avropa ikincisi oldu

Azərbaycan cüdoçusu Avropa ikincisi oldu

Həlledici görüşdə idmançımız Valid Xyara uduzub.

Azərbaycan cüdoçusu Orxan Səfərov Rusiyanın Kazan şəhərində keçirilmiş Avropa çempionatında gümüş medal qazanıb. 

Oxu.Az xəbər verir ki, ilk mərhələdən azad olan Orxan Səfərov mübarizəyə 1/8 finaldan başlayıb. 

“Böyük dəbilqə”nin qalibi Tom Şmiti (Lüksemburq) yarışdan kənarlaşdıran Arif Bağırovla (Belarus) qüvvəsini sınayıb. O, əslən azərbaycanlı rəqibinə heç bir şans verməyərək, ipponla 1/4 finala vəsiqə qazanıb. Səfərov yarımfinala gedən yolda Jeron Murenlə (Hollandiya) qarşılaşıb. Orxan bu dəfə də qələbə qazanaraq, yarımfinala yüksəlib. 
 
Cüdoçumuz 1/2 finalda italiyalı Elios Mansi ilə münasibətinə aydınlıq gətirib. O, rəqibini 138 saniyəyə ipponla məğlub edərək, finalda iştirak hüququ qazanıb. Həlledici görüşdə cüdoçumuzun rəqibi fransalı Valid Xyar olub. Təmsilçimiz final görüşündə məğlub olaraq, turnirin ikincisi adını qazanıb.  

Qeyd edək ki, bu, ilk yarış günündə Azərbaycan yığmasının yeganə medalı olub. 60 kq çəkidə Azərbaycanın digər cüdoçusu İlqar Müşkiyev 7-ci yeri tutub. 

Tərlan Kərimovla (66 kq) yeganə qadın cüdoçu Aişə Qurbanlı ilk görüşdəcə uduzaraq mübarizəni dayandırıb.

0
36