Kəmər-Antalya yolunun atəşə məruz qalması ilə bağlı 25 nəfər saxlanılıb

Kəmər-Antalya yolunun atəşə məruz qalması ilə bağlı 25 nəfər saxlanılıb

Türkiyənin hüquq-mühafizə orqanları Kəmər-Antalya yolunun raket atəşinə tutulması faktının araşdırılması çərçivəsində xüsusi əməliyyatların gedişatında 25 şübhəli şəxsi saxlayıb.

Oxu.Az-ın Report-a istinadən verdiyi məlumata görə, bu barədə “Anadolu” agentliyi xəbər verib.

Məlumata görə, əməliyyatlar bütün ölkə üzrə, o cümlədən İstanbulda və Ankarada keçirilib. Saxlananlar PKK terror təşkilatının üzvləridir. Onlar terror fəaliyyətində şübhəli bilinirlər.

Qeyd edək ki, Kəmər-Antalya yolun cümə günü raket atəşinə tutulub. Hadisə nəticəsində heç kim zərər çəkmədi.

N.O.

0
10