KİV rəhbərləri Məmməd Arazın ev muzeyini ziyarət edib

KİV rəhbərləri Məmməd Arazın ev muzeyini ziyarət edib

Naxçıvan Muxtar Respublikasında səfərdə olan KİV rəhbərləri Məmməd Arazın ev muzeyində olublar.

APA-nın məlumatına görə, KİV rəhbərləri şairin anadan olmasının 83-cü ildönümü ilə əlaqədar Şahbuz rayonunun Nursu kəndində yerləşən ev muzeyini ziyarət ediblər, xatirəsini anıblar.

“525-ci qəzet”in baş redaktoru, Yazıçılar Birliyinin katibi Rəşad Məcid Məmməd Arazın yaradıcılığından söz açıb.

KİVDF-nin icraçı direktoru Vüqar Səfərli Məmməd Arazın Azərbaycan poeziyasındakı xidmətlərindən danışıb.

Şairin kürəkəni, millət vəkili Aqil Abbas isə ölkə rəhbərliyinə Məmməd Arazın xatirəsinə göstərdiyi diqqət və qayğıya görə təşəkkürünü bildirib.

0
16