"Qiyamətin xəbərçisi" uğrunda döyüş başladı -Türkiyənin dəstəyi ilə

"Qiyamətin xəbərçisi" uğrunda döyüş başladı -Türkiyənin dəstəyi ilə

Azad Suriya Ordusu (ASO) Türkiyə Silahlı Qüvvələrinın dəstəyi ilə İŞİD-ə qarşı növbəti əməliyyata başlayıb.

APA-nın “Milliyyet” qəzetinə istinadən verdiyi məlumata görə, ASO İŞİD terrorçularının nəzarətində olan Dabıq qəsəbəsinə hücuma keçib.

Qeyd edək ki, Suriyanın şimal qərbində yerləşən və Hələb vilayəti ilə qonşu olan qəsəbə 2014-cü ilin avqust ayında İŞİD-in nəzarətinə keçib.

Lent.az-ın sozcu.com.tr-ə istinadən xəbərinə görə, strateji əhəmiyyəti olmayan Dabıq kəndi İŞİD üçün xüsusi önəm daşıyır. İŞİD Dabığın kafirlərlə inananlar arasında yaşanacaq və qiyamətin xəbərçisi olacaq döyüşün baş verəcəyi yer olduğuna inanır. İŞİD-in internetdəki jurnalı da "Dabıq" adıyla yayımlanır.

0
7