“BakuBus”ın avtobusu yolu keçmək istəyən piyadanı vurdu

“BakuBus”ın avtobusu yolu keçmək istəyən piyadanı vurdu

“BakuBus”a məxsus sərnişin avtobusu yolu keçmək istəyən piyadanı vurub.

Oxu.Az-ın Report-a istinadən məlumatına görə, hadisə Səbail rayonu ərazisində, İstiqlaliyyət küçəsində qeydə alınıb.

24 yaşlı Murad Ağalar həmin ərazidə yolun piyadaların keçməsi üçün nəzərdə tutulmayan hissəsindən digər tərəfinə keçmək istəyib. Bu zaman 6 nömrəli xətt üzrə hərəkət edən sərnişin avtobusu onu vurub. Ağır bədən xəsarətləri və kəllə-beyin travması alan M.Ağalar 1 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib və orada əməliyyat olunub.

Həkimlər onun vəziyyətini orta ağır kimi qiymətləndiriblər.

Faktla bağlı Səbail Rayon Polis İdarəsində (RPİ) araşdırma aparılır.

S.B.

0
18