Pakistan baş nazirinin Azərbaycana rəsmi səfəri başa çatıb

Pakistan baş nazirinin Azərbaycana rəsmi səfəri başa çatıb

Azərbaycanda rəsmi səfərdə olan Pakistan İslam Respublikasının baş naziri Məhəmməd Nəvaz Şərif Milli Məclisdə olub.

Oxu.Az xəbər verir ki, Milli Məclisin sədri Oqtay Əsədov ilə görüşdə ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrinin inkişafına dair fikir mübadiləsi aparılıb.


Məhəmməd Nəvaz Şərifin Azərbaycana rəsmi səfəri artıq başa çatıb. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Pakistanın baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.


Pakistanın baş nazirini hava limanında Azərbaycan baş nazirinin müavini Əli Əhmədov və digər rəsmi şəxslər yola salıblar.

U.A.

0
13