“Sədərək”də qeyri-adi oğurluq

“Sədərək”də qeyri-adi oğurluq

“Sədərək” Ticarət Mərkəzində qeyri-adi oğurluq olub.


Oxu.Az xəbər verir ki, Qaradağ rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, oktyabrın 14-nə keçən gecə Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində yerləşən ticarət mərkəzində qəsəbə sakini Seymur Şirinova məxsus mağazadan divarı sökməklə geyim əşyaları oğurlanıb.


Baş Mühafizə İdarəsi və Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Ağdaş rayon sakini Aqşin Tahirov tutulub.


Ondan kustar üsulla hazırlanmış bıçaq götürülüb.

U.A.

0
12