ABŞ-dan Rusiyaya sərt xəbərdarlıq

ABŞ-dan Rusiyaya sərt xəbərdarlıq

“ABŞ Rusiyanın kiber hücumlarını cavabsız qoymayacaq”.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, bunu ABŞ vitse-prezidenti Co Bayden NBC telekanalına müsahibəsində bəyan edib.


“Biz istənilən kiber hücumlara müvafiq cavab verməyə qadirik. Onlar bunu gözəl bilirlər. Seçdiyimiz vaxtda, lazımi üsulla bunu həyata keçirəcəyik. Rusiyanın ABŞ-da prezident seçkilərinə təsir etmək imkanı yoxdur”, deyə C.Bayden bildirib.


Qeyd edək ki, ötən həftə ABŞ Daxili Təhlükəsizlik Nazirliyi Rusiyanı seçkilərin nəticələrinə təsir etmək məqsədilə kiber hücumlardan istifadə etməkdə ittiham edib.

U.A.

0
9