İmişlidə canavar hücumu

İmişlidə canavar hücumu

Təsərrüfat sahibləri xeyli ziyana düşüb.İmişlidə canavarlar 4 baş iribuynuzlu heyvana xəsarət yetirib.

Oxu.Az-ın məlumatına görə, “Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Məmmədli kəndində qeydə alınıb.

Belə ki, kənd sakinlərinə məxsus iribuynuzlu heyvanlar örüşdə otlayarkən canavarlar onlara hücum edib. Kənd sakinləriin vaxtında müdaxiləsi nəticəsində yırtıcılar yalnız 4 baş iribuynuzlu heyvanı dişləyərək yaralaya bilib.

Bununla bağlı məlumat daxil olan kimi rayon baytarlıq idarəsinin baytar həkimləri kəndə gəlib. Yaralı heyvanlara qarşı lazımi tədbirlər görülüb, heyvanlar nəzarətdə saxlanılır.

Kənd sakinlərinin sözlərinə görə, mal-qara bundan əvvəl də canavarların hücumuna məruz qalıb. Canavarlar bir neçə heyvanı parçalayaraq təsərrüfat sahiblərinə xeyli ziyan vurublar.

U.A.

0
11