10 min dollardan artıq vəsait şəxsiyyət vəsiqəsilə alınacaq

10 min dollardan artıq vəsait şəxsiyyət vəsiqəsilə alınacaq

Azərbaycanda “Mübadilə şöbələrinin təşkili və mübadilə əməliyyatlarının aparılması Qaydaları”nda dəyişiklik edilib.

Oxu.Az Fins.az-a istinadən xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının (AMB) bu qərarı oktyabrın 13-dən etibarən qüvvəyə minib.

Qərar fiziki və hüquqi şəxslərin mülkiyyətində olan xarici valyuta vəsaitlərinin dövriyyəyə qayıtmasını asanlaşdırmaq məqsədi daşıyır. Yeni qərarla şəxsiyyəti təsdiq edən sənəd əsasında müştəridən 10 min ABŞ dollarına ekvivalent məbləğdən artıq alınmasına icazə verilib.

Qərara əsasən, Mərkəzi Bankın İdarə Heyətinin 2015-ci il 29 dekabr tarixli 44/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mübadilə şöbələrinin təşkili və mübadilə əməliyyatlarının aparılması Qaydaları”nın 8.5-ci bəndi aşağıdakı redaksiyada verilib: “8.5. Mübadilə şöbəsində nağd xarici valyutanın və xarici valyutada yol çeklərinin bir müştəriyə 500 (beş yüz) ABŞ dollarına ekvivalent məbləğdən artıq satılması, habelə bir müştəridən 10 min (on min) ABŞ dollarına ekvivalent məbləğdən artıq alınması şəxsiyyəti təsdiq edən sənəd əsasında aparılır.”

Qeyd edək ki, əvvəlki qərara əsasən, mübadilə şöbəsində bir müştəridən 500 dollara ekvivalent məbləğdən artıq alış əməliyyatı şəxsiyyəti təsdiq edən sənəd əsasında aparılırdı.

U.A.

0
10