Türkiyədə axtarışda olan kontr-admiral tutuldu

Türkiyədə axtarışda olan kontr-admiral tutuldu

Türkiyədə Fətullahçı terror təşkilatının (FETÖ) çevriliş cəhdi ilə bağlı istintaq çərçivəsində axtarışda olan kontr-admiral İrfan Arabacı tutulub.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, yüksək rütbəli hərbçi İzmirdə yaxalanıb.

Məlumata əsasən, o, tanınmamaq üçün xarici görkəmini dəyişərək saqqal buraxıb.

İ. Arabacı dindirilmək üçün Terrorla Mübarizə üzrə dövlət idarəsinə aparılıb.

0
9