ABŞ-da terror hazırlayan 3 nəfər tutuldu

ABŞ-da terror hazırlayan 3 nəfər tutuldu

ABŞ-ın Kanzas ştatında terror aktı hazırlamaqda şübhəli bilinən  3 nəfər saxlanılıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, saxlanılanlara qarşı rəsmi ittiham yaxın vaxtlarda irəli sürüləcək.

Məlumata əsasən, onlar Kanzas ştatının qərbində yerləşən Qarden-Siti şəhərində Somalidən olan immiqrantlara qarşı terror hücumları həyata keçirmək niyyətində olublar.

Saxlanılanların adları açıqlanmır.

0
10