Türkiyədə terrorçularla atışma: əsgər yaralandı

Türkiyədə terrorçularla atışma: əsgər yaralandı

Türkiyənin Xatay vilayətində hərbçilərlə PKK terrorçuları arasında atışma baş verib.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, dağ ərazisində baş verən insident nəticəsində 1 əsgər yaralanıb.

Yaralanan əsgər xəstəxanaya yerləşdirilib. Vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Qeyd edək ki, bu gün Diyarbəkir-Mardin yolunda  PKK terrorçularının hərbi avtomobili partlatması nəticəsində 3 əsgər şəhid olub.

0
15