Aygün Kazımova avtomobil qəzası keçirdi

Aygün Kazımova avtomobil qəzası keçirdi

Xalq artisti Aygün Kazımova qəza keçirib.

Axşam.az-ın məlumatına görə, o, tədbirlərdən birinə gedərkən yolda avtomobili ilə yolun kənarındakı çuxura düşərək qəza keçirib. Müğənni xəsarət almadan təhlükədən sovuşsa da, “Chevrolet Camaro Cabriolet" markalı avtomobildə kiçik cızıqlar yaranıb.

A.Kazımova hər şeyin qaydasında olduğunu deyərək hətta zarafat da edib: “Hamısı bəd nəzərdir...”

0
16