“Neftçi” klubu üç futbolçu transfer edib

“Neftçi” klubu üç futbolçu transfer edib

“Neftçi” futbol klubu üç futbolçu ilə müqavilə bağlayıb.

Oxu.Az-ın xəbərinə görə, müvafiq məlumat klubun rəsmi saytında yerləşdirilib.

Məlumatda bildirilir ki, müdafiəçi Mahir Şükürov, serbiyalı qapıçı Boban Baykoviç və braziliyalı yarımmüdafiəçi Jonas Enrike Pessalli mövsümün sonunadək komandanın formasını geyicənəklər.

Mahir Şükürov bir sıra Azərbaycan komandaları ilə yanaşı, Türkiyənin “Antalyaspor”, “Karşıyaka” və Rusiyanın “Anji” klublarında çıxış edib. 2006-2007-ci və 2012-2014-cü illərdə “Neftçi”də çıxış etmiş Şükürov Azərbaycan milli komandasının heyətində 75 oyun keçirib.

S.B.

0
12