Bakıda qadına 10 min manat “atdılar”

Bakıda qadına 10 min manat “atdılar”

Nərimanov rayonunda dələduzluq hadisəsi qeydə alınıb.

Oxu.Az-ın Report-a istinadən məlumatına görə, 1985-ci il təvəllüdlü Səadət Cəfərova hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, 2014-cü ilin sentyabr ayında Bakı şəhər sakini Nurlanə Məmmədova onun etibarından sui-istifadə edərək 10 000 manat pulunu alıb, lakin indiyədək qaytarmayıb.

Faktla bağlı araşdırma aparılır.

S.B.

0
13