“Qarabağ” - PAOK matçının biletlərinin satışa çıxacağı tarix açıqlanıb

“Qarabağ” - PAOK matçının biletlərinin satışa çıxacağı tarix açıqlanıb

Ağdamın “Qarabağ” klubu UEFA Avropa Liqasının qrup mərhələsinin III turunda Yunanıstanın PAOK klubunu qəbul edəcək.

Oxu.Az-ın klubun saytına istinadən verdiyi məlumata görə, qarşılaşmanın biletləri oktyabrın 17-si saat 12:00-dan etibarən satışa çıxacaq. Azarkeşlər biletləri Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından əldə edə bilərlər.

Qeyd edək ki, “Qarabağ” - PAOK matçı oktyabrın 20-də saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

A.S.

0
9