Aygün Kazımova: Heç bir kişi məni sevmir – FOTO

Aygün Kazımova: Heç bir kişi məni sevmir – FOTO

“Şəxsi həyatım bomboşdur. Əlini qazana vuranda necə səs çıxarırsa, elə bir boşluq var. Həyatımda sevgi yoxdur, heç bir kişi məni sevmir”.

Oxu.Az xəbər verir ki, bu sözləri Qafqazinfo-ya açıqlamasında xalq artisti Aygün Kazımova deyib.

Müğənni qeyd edib ki, artıq həyatı ilə barışıb:

“Həyatı boş olan və sevgi mahnıları oxuyan qadınlar artistdirlər. Onlar rola girirlər. Mən həyatda yox, səhnədə artist oluram. Həyatda belə bacarığım, qabiliyyətim yoxdur. Bu səbəbdən problemlərlə üzləşirəm. Bu da normal şeydir, həyatımla barışmışam. Hərdən insanlar düzü qəbul etmək istəmirlər. Elə düzgünlük də mənə pis təsir edə bilər. Bu səbəbdən onları anlaya bilirəm”.

A.Kazımova həmkarı Natavan Həbibi ilə barışığından söz açıb:

“Mən sülh tərəfdarıyam. İndi hər şey ola bilər. Biz yeni bir layihə də edə bilərik. Niyə olmasın ki? O da, mən də sənətçiyik.Natavan ağıllanıb, “cici qız” olub”.

Xalq artisti açıqlamasında qənaətcil olmadığını söyləyib:

“Şoppinqə çıxa bilirəm ki? Diqqət mənim üzərimdə olur. Ancaq bir neçə yerlər var ki, oradan geyim alıram. Geyimlərə çox pul xərcləyirəm. Mən düzəlməyəcəm, belə də davam edəcəyəm. Guya qənaətcil olmaq istədim, amma alınmadı”.

A.S.

0
19