Rusiya prezidenti Yerevana yollanıb

Rusiya prezidenti Yerevana yollanıb

Rusiya prezidenti Vladimir Putin bu gün Yerevana gedib.

Oxu.Az Report-a istinadən xəbər verir ki, o, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sammitində iştirak etmək üçün Ermənistandadır.

İclasın yekununda iştirakçı ölkələr Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ayrı-ayrılıqda bəyanatlar qəbul edəcək, eləcə də Suriya məsələsi və Ukrayna üzrə Minsk razılaşmasının alternativsizliyi üzrə mövqelərini bildirəcəklər.

Kremldən verilən məlumata görə, terrorizmlə mübarizə tədbirlərinə də xüsusi diqqət ayrılacaq.

İmzalanması üçün 24 sənəd hazırlanıb, onlardan bəziləri gizli xarakter daşıyır.

Yerevanda keçiriləcək sessiyada KTMT-nin sədrliyi Ermənistandan Belarusa keçəcək.

N.O.

0
9