İt saxlayan ABŞ prezidentləri - FOTOLENT

İt saxlayan ABŞ prezidentləri - FOTOLENT

Bu günə kimi ABŞ-da 44 prezident olub ki, onlardan 32-i it saxlayırmış. Lent.az Rusiya mətbuatına istinadən bildirir ki, bu prezidentlər köpəklərinə çox bağlı olublar. Bir çoxu isə onları ailə üzvlərindən seçməyib.

Lent.az it saxlayan bəzi ABŞ prezidentlərinin görüntülərini təqdim edir:

Prezident Con Kennedinin ailəsi yeni ili köpəkləri ilə birlikdə qeyd edir - 1962-ci il.

Franklin Ruzvelt və alman ovçarkası cinsindən olan köpəyi - 1930-cu il.

Ronald Reyqan xanımı Nensi Reyqana yeni il hədiyyəsi olaraq it bağışlayır - 1985-ci il.

Corc Buşun xanımı Barbara Buş köpəyini nəvəsi qədər sevirmiş - 1991-ci il.

Oğul Corc Buş və onun şotland iti - 2007-ci il.

Lindon Conson Ağ evin dəhlizində köpəkləri ilə - 1963-cü il.

Bill Klinton və onun Baddi  adlandırdığı iti - 1997-ci il.

Obama ailəsinin köpəkləri Bo və Sanni - 2014-cü il.

0
9