FED: Faiz dərəcələri gözləniləndən daha tez artırılmalıdır

FED: Faiz dərəcələri gözləniləndən daha tez artırılmalıdır

“Faiz dərəcələrini gözləniləndən daha tez bir vaxtda artırmaq məcburiyyətində qala bilərik”.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, bunu Boston Federal Ehtiyat Bankının prezidenti Erik Rozenqren (Eric Rosengren) CNBC telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, Federal Ehtiyatlar Sisteminin (FED) uzun müddət gözləmə mövqeyində olması faiz dərəcələrində daha kəskin yüksəlişə səbəb ola bilər: “İqtisadiyyat tam məşğulluq və inflyasiya hədəfinə yaxınlaşıb və faizlər artırılmalıdır. Dekabrda faiz dərəcələrinin artırılması daha münasibdir”.

E.Rozenqren FED-in toplantılarında səsvermə hüququna malikdir.

Qeyd edək ki, FED-in növbəti iclası noyabrın 2-3-də baş tutacaq.

Əlavə edək ki, investorlar bu gün ABŞ-da pərakəndə satışlarla bağlı açıqlanan statistikanı və FED-in rəhbəri Canet Yellenin və Boston Federal Ehtiyat Bankının prezidenti Erik Rozenqrenin açıqlamalarına köklənib. Statistika artıq açıqlanıb. Analitiklərin proqnozlaşdırdığı kimi, pərakəndə satışlar sentyabr ayında 0,6% artıb.

Statistika açıqlanandan sonra diqqətlər C.Yellen və E.Rozeqrenə yönəlib. Açıqlanan statistika və E.Rozenqrenin açıqlamaları dolların məzənnəsinə müsbət təsir edəcəyi şübhəsizdir.

U.A.

0
9