İlham Əliyev Tailand xalqına başsağlığı verib

İlham Əliyev Tailand xalqına başsağlığı verib

Azərbaycan Prezidenti İlham Əliyev Tailand Krallığının baş naziri, general Prayut Çan-o-çaya başsağlığı məktubu göndərib.

Oxu.Az-ın məlumatına görə, məktubda deyilir:

“Hörmətli cənab baş nazir,

Tailandın Kralı Bhumibol Adulyadejin vəfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu ağır itki ilə əlaqədar dərdinizi bölüşür, Sizə, Kral ailəsinin bütün üzvlərinə, dost Tailand xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”.

N.O.

0
8