Əhməd Sami Elaydi Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində – FOTO

Əhməd Sami Elaydi Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində – FOTO

Oktyabrın 13-də Misir Ərəb Respublikasının Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Əhməd Sami Elaydi Nizami rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində olub.

Mərkəzin direktoru Lalə Qəti qonağa rəhbərlik etdiyi qurumun fəaliyyəti, tələbələrin dünya miqyaslı sərgilərdə iştirakı, qalibiyyəti barədə geniş məlumat verib.

Bu barədə Oxu.Az-a Uşaq-Gənclər Yaradıcılıq Mərkəzindən bildirilib.

Öz növbəsində Əhməd Sami Elaydi Misir və Azərbaycan arasında olan mədəni əlaqələrdən, Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin Azərbaycan mədəniyyət ocaqları ilə əməkdaşlığından və iki ölkə arasında mədəni əlaqələrin inkişafına yönələn bir sıra layihələrin həyata keçirilməsinin vacibliyini vurğulayaraq Misirdə keçirilən “Misir dünya uşaqlarının gözü ilə” rəsm müsabiqəsində Nizami rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin tələbələrinin yüksək nəticə əldə etmələrindən bəhs edib.

Daha sonra Lalə Qəti qonağı mərkəzdə fəaliyyət göstərən dərnəklər və kiçik yaşlı uşaqların əl işlərindən ibarət müxtəlif sərgilərlə tanış edib.

A.S.

0
14