Baş Nazir: Pakistan Azərbaycan torpaqlarının işğaldan tam azad olunmasının tərəfdarıdır

Baş Nazir: Pakistan Azərbaycan torpaqlarının işğaldan tam azad olunmasının tərəfdarıdır

“Xalqlarımızın tarixi əlaqələri var, ölkələrimiz qədim ticarət yollarının üzərində yerləşir”.

Oxu.Az-ın məlumatına görə, bunu bu gün Pakistanın baş naziri Məhəmməd Nəvaz Şərif Azərbaycan Prezidenti İlham Əliyevlə geniş tərkibli görüşdən sonra mətbuata bəyanatında deyib.

Nəvaz Şərif Azərbaycanda diqqətəlayiq sabitlik, ictimai həmrəylik və inkişafın olduğunu vurğulayıb:

“Azərbaycanda prezident İlham Əliyevin rəhbərliyi altında gedən inkişaf Pakistanda diqqətlə izlənir. Regional və qlobal məsələlər beynəlxalq hüquq çərçivəsində, sülh və dialoq yolu ilə həll olunmalıdır. Kəşmir və Dağlıq Qarabağ məsələlərində qarşılıqlı dəstək ölkələrimiz arasında yaxın anlaşmanın olduğunu və mövqelərimizin üst-üstə düşdüyünü sübut edir. Pakistan işğal olunan Azərbaycan torpaqlarının tam azad olunması, oradan erməni silahlı qüvvələrinin çıxarılması və məcburi köçkünlərin doğma torpaqlarına qaytarılmasının tərəfdarıdır”.

Kəşmir məsələsində Azərbaycanın mövqeyini yüksək qiymətləndirən Pakistanın baş naziri ölkələrimiz arasındakı ticarət dövriyyəsinin mövcud potensialı əks etdirmədiyini bildirib:

“Bu sahədə canlanmaya ehtiyac var. Sıx siyasi münasibətlərimiz bütün sahələrdə real əməkdaşlığa təkan verməlidir”.

N.O.

0
7