"Cənubi Qaz Dəhlizi" Avropa İttifaqı üçün çox vacibdir"

"Cənubi Qaz Dəhlizi" Avropa İttifaqı üçün çox vacibdir"

"Cənubi Qaz Dəhlizi" layihəsi həm Azərbaycan, həm də Avropa İttifaqı(Aİ) üçün çox vacibdir".

APA-nın məlumatına görə, bu sözləri Aİ Şərq tərəfdaşlığı proqramının ikitərəfli əməkdaşlıq üzrə şöbəsinin rəhbəri Dirk Şuebel deyib.

Onun sözlərinə görə, bu məsələ Azərbaycan - Aİ əməkdaşlığı üzrə 4-cü alt komitənin dekabrda keçirilən iclasında müzakirə olunacaq.



Aİ rəsmisi TAP layihəsinin tikintisi ilə bağlı İtaliya daxilində narazılıqlara da toxunub: "Bu məsələni ilk növbədə TAP-la layihəyə aidiyyəti olan ölkələr aydınlaşdırmalıdır. Ən əsası isə İtaliya hökuməti ilə regional administrasiyalar razılığa gəlməlidir. Mən bu məsələdə nikbinəm. Ümid edirəm ki, 2020-ci ildə ilk Azərbaycan qazı Aİ-yə nəql olunacaq".

0
9