Sabah iki rayonda qaz olmayacaq

Sabah iki rayonda qaz olmayacaq

“Azəriqaz” məlumat yaydı.

Aprelin 22-də saat 10:00-dan 18:00-dək Ağdaş və Ağdam magistral qaz kəmərləri sahəsində təmir işləri aparılacaq.

Bu barədə “Azəriqaz” İB-dən Oxu.Az-a bildirilib. 

Məlumata görə, təmir müddətində Goranboy rayonunun Borsunlu, Qazanbulaq və Nadirkənd kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq. 

Qurumdan qeyd edilib ki, aparılan işlərin Tərtər şəhərinin bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür. 

0
24