Qazaxıstan Ermənistanda öldürücü olmayan silah istehsal etmək istəyir

Qazaxıstan Ermənistanda öldürücü olmayan silah istehsal etmək istəyir

Qazaxıstanın “AlmaDK” şirkəti Ermənistan tərəfi ilə öldürücü olmayan silah istehsalı məsələsində əməkdaşlığa hazırdır.

Oxu.Az Report-a istinadən xəbər verir ki, bu barədə şirkətin direktoru Nurjan Makulbek Yerevanda keçirilən “ArmHiTec-2016” silah sərgisində bildirib.

“Biz, həmçinin pirotexniki vasitələr və əsgərlərin məşq etməsi üçün imitasiyalı patronlar istehsal edirik. Təlimlər və ya hərbi əməliyyatlar zamanı qoşunların maskalanmasına yardım edə biləcək hər cür tüstü də istehsal edirik. Texnologiyalarımızdan istifadə edib silahları Ermənistanda da istehsal edə bilərik”, - deyə N.Makulbek vurğulayıb.

N.O.

0
14