Mərkəzi Bank Əmanətlərin Sığortalanması Fonduna kredit verəcək

Mərkəzi Bank Əmanətlərin Sığortalanması Fonduna kredit verəcək

“Azərbaycan Mərkəzi Bankı haqqında” qanuna dəyişiklik edilib.Milli Məclis “Azərbaycan Mərkəzi Bankı haqqında” qanuna və “Dövlət borcu haqqında” qanuna dəyişiklik edib.

Oxu.Az Report-a istinadən xəbər verir ki, birinciyə edilmiş dəyişikliyə əsasən, bundan sonra “Əmanətlərin sığortalanması haqqında” qanuna uyğun olaraq, Azərbaycan Mərkəzi Bankı (AMB) Əmanətlərin Sığortalanması Fonduna (ADİF) dövlət zəmanəti ilə təmin olunmuş kredit verəcək.

Bu məqsədlə AMB haqqında qanuna bənd əlavə edilib. Bununla əlaqədar “Dövlət borcu haqqında” qanun da bir bənd əlavə olunub.

Xartırladaq ki, ADİF-in borc alması və bunun dövlət zəmanəti ilə təmin olunması qaydası “Əmanətlərin sığortalanmsı haqqında” qanunla tənzimlənir.

U.A.

0
10