Parlamentdən pivə satışı ilə bağlı qərar

Parlamentdən pivə satışı ilə bağlı qərar

Azərbaycanda aksiz markası ilə markalanmalı olan məhsulların alqı-satqısı qaydaları dəyişib.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu, bu gün Milli Məclisin plenar iclasında müzakirə edilən İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, tütünlə bərabər pivənin də pərakəndə satışı istisna olmaqla, aksiz markaları ilə markalanmalı olan məhsulların (malların) nağd qaydada az miqdarda satılması, habelə məhsulların satış məqsədi ilə az miqdarda alınmasına 100 manat məbləğində cərimə tətbiq ediləcək.

Layihə səsverməyə çıxarılaraq qəbul edilib.

U.A.

0
16