Türkiyədə bir gündə 5 terror: 3 şəhid

Türkiyədə bir gündə 5 terror: 3 şəhid

Bu gün Türkiyədə ard-arda 5 partlayış baş verib.

Lent.az-ın Sözcü-ə istinadən məlumatına görə, Diyarbəkir-Mardin yolunda əsgərləri daşıyan avtomobil keçərkən partlayış baş verib. Partlayış zamanı 3 əsgər şəhid olub.

Qeyd edək ki, bu partlayış gün ərzində baş verən 5-ci hadisə sayılır.

Bu gün səhər saatlarında PKK terrorçuları daha 4 hücum təşkil ediblər.  Hakkarinin Şemdinli qəsəbəsi Tekeli kəndində və Vanın Başkale qəsəbəsində terrorçular tərəfindən mina partladılıb. Şemdinlidə 4, Başkaledə isə ikisi ağır olmaqla 8 əsgər yaralınıb.

Adıyaman kəndində isə terrorçularla mühafizə xidmətçiləri arasında silahlı münaqişə yaşanıb. Silahlı münaqişə zamanı 1 çavuş yaralanıb.

Bundan başqa terrorçular Diyarbəkirin Kulp qəsəbəsində polis məntəqəsini güllə atəşinə məruz qoyublar.

Partlayış baş verən ərazilərdə geniş miqyaslı əməliyyatlar başladılıb.

0
10