Ziya Məmmədov Ağsuda vətəndaşları qəbul edəcək

Ziya Məmmədov Ağsuda vətəndaşları qəbul edəcək

Nəqliyyat naziri Ziya Məmmədov oktyabrın 21-də Ağsu şəhərində Şamaxı, İsmayıllı və Ağsu rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.

Nazirlikdən Oxu.Az-a daxil olan məlumata görə, qəbul vətəndaşların müraciətlərinə baxılması, mövcud nəqliyyat problemlərinin araşdırılması və həll edilməsi məqsədi ilə keçirilir.

Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı oktyabrın 19-da saat 09:00-dan 18:00-dək Şamaxı şəhəri (48-ci məhəllə), İsmayıllı şəhəri (Ə.Ələkbərzadə küçəsi) və Ağsu şəhəri (M.Rəsulzadə küçəsi) aparılacaq.

E.Ə.

0
11