Deputat Heydər Əliyevin səsinin telefon zənginə qoyulmasına etiraz edib

Deputat Heydər Əliyevin səsinin telefon zənginə qoyulmasına etiraz edib

“Son vaxtlar dövlət himni və müəyyən ifadələrin müəyyən məbləğ müqabilində mobil telefonlara yüklənməsinin təklif edilməsi barədə mesajlar gəlir və bu, narahatlıq doğurur”.

Oxu.Az-ın APA-ya istinadən məlumatına görə, bunu bu gün Milli Məclisin plenar iclasında millət vəkili Elmira Axundova deyib.

E.Axundova bəzi avtomobillərin arxa şüşələrinə Heydər Əliyevin imzasının həkk edildiyini söyləyib, bu kimi hallara son qoyulması üçün addımlar atılmasını istəyib:

“Mənim Heydər Əliyevə həmişə böyük hörmətim olub. Ancaq onun səsinin nə telefon zənginə qoyulmasını, nə də imzasının maşının arxa şüşəsinə vurulmasını düzgün sayıram. Heydər Əliyevə sevgi ürəkdə olmalıdır”.

E.Ə.

0
13