Şəhid ailələrinin üzvləri kolleclərdə pulsuz oxuyacaqlar

Şəhid ailələrinin üzvləri kolleclərdə pulsuz oxuyacaqlar

Azərbaycanda şəhid ailələrinin üzvləri orta ixtisas təhsil müəssisələrində (kollec) və Milli Elmlər Akademiyasının magistratura pilləsində təhsil haqqından azad olunublar. APA-ya istinadən xəbər verir ki, bu məsələ Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılan “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanuna təklif edilən dəyişiklikdə əksinin tapıb.

Layihə barədə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli məlumat verib. Layihəyə əsasən, dövlət ali təhsil müəssisəsi ilə yanaşı, orta ixtisas təhsili müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatda (AMEA magistratura) ödənişli formada təhsil alan şəhid ailəsi üzvləri təhsil haqqını ödəməkdən azad olunurlar.

Layihə səsverməyə çıxarılaraq qəbul edilib.

E.Ə.

0
10