Putin Rusiya təyyarələrinin Suriyada yerləşdirilməsinə dair qanunu təsdiqləyib

Putin Rusiya təyyarələrinin Suriyada yerləşdirilməsinə dair qanunu təsdiqləyib

Rusiya prezidenti Vladimir Putin ölkənin Hərbi Hava Qüvvələrinin aviasiya qrupunun Suriya ərazisində yerləşdirilməsinə dair Rusiya-Suriya hökumətlərarası sazişin ratifikasiyası haqqında qanunu təsdiqləyib.

Oxu.Az-ın Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, qanunda göstərilir ki, Rusiya aviasiya qrupu Suriya tərəfinin istəyi ilə Latakiya vilayətindəki Hmeymim aerodromunda yerləşdirilir.

Sözügedən aerodrom Rusiya tərəfinin ixtiyarına təmənnasız verilir.

N.O.

0
12